Mədəniyyət

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu — FOTOLAR

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu — FOTOLAR

Almatı şəhərində keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında olub.

Xalq şairiSabir Rüstəmxanlı,Milli Məclisin deputatıNaqif Həmzə,Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoruAqil Ələsgər,Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş Komitəsinin sədriRəhman Quliyevvə Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoruNahid Canbaxışlıdan ibarət heyət kitabxananın direktoru Qaziza Nurqalıyeva tərəfindən qəbul edilib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu — FOTOLAR
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu — FOTOLAR

Qaziza Nurqalıyeva heyəti kitabxanının işi ilə tanış edib. O, Azərbaycan və Qazaxıstan arasındakı mədəni əlaqələrin kitabxanaçılıq fəaliyyətinə yansıdılmasının əhəmiyyətinə toxunaraq bu işdə əməli fəaliyyətə keçilməsinin zəruri olduğunu bildirib.

Xalq şairi Sabir Rüstəmxanlı öz kitablarını, heyət isə Azərbaycanla bağlı kitabları Qazaxıstan Milli Kitabxanasına hədiyyə edib.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu — FOTOLAR
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Milli Kitabxanasında oldu — FOTOLAR

Heyətin şərəfinə kitabxanda mədəni tədbir təşkil olunub.

Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

NE
Nihadə Eyyubova