İdman

FİFA 1 milyard dollar gəlir gözləyir

FİFA 1 milyard dollar gəlir gözləyir

FIFA qadınlar arasında keçiriləcək 2027-ci il dünya çempionatından 1 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırır.

Demokrat.azxəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino açıqlama verib.

“Qadın futbolu və futbolda qadınların rolu həlledici əhəmiyyətə malikdir”, — İnfantinonun sözlərini ESPN sitat gətirir.

Planlaşdırılır ki, 2027-ci il dünya çempionatından əldə edilən gəlirin bir hissəsi qadın futbolunun inkişafına yatırılacaq. Qeyd edək ki, Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi 2023-cü il dünya çempionatı zərərsiz olub və 570 milyon dollardan çox gəlir gətirib.

Qadınlar arasında 2027-ci il dünya çempionatı Braziliyada keçiriləcək. 2031-ci il dünya çempionatını isə ABŞ keçirməyə hazırdır. Bu turnirdə komandaların sayınən 32-dən 48-ə artırılması planlaşdırılır.

D
demokrat.az