İdman Özəl

"Dinamo"nun əfsanəsi karyerasını bitirir

Dinamonun əfsanəsi karyerasını bitirir

Moskva "Dinamo"sunun sabiq qapıçısı Anton Şunin karyerasını bitirmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə “Championship” məlumat yayıb.

“Dinamo” rəhbərliyi Şuninlə 2024-cü il iyunun 30-da başa çatan müqaviləni yeniləməyib. Mətbuat Moskva yaxınlığındakı “Ximki”nin təcrübəli qapıçı ilə müqavilə imzalamağa hazır olduğunu yazıb.

37 yaşlı qolkiper "Dinamo"nun yetirməsidir və 2007-ci ildə komandada debüt edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova