Milli gimnastika arenasında bədii gimnastika üzrə Avropa kuboku keçirilib.
Demokrat.az saytı xəbər verir ki,milli komandalarımız bu sınaqda da uğurlu çıxış ediblər.
Yarışı izləyənlər arasında Azərbaycan gimnastika federasiyasının 1-ci vitse-prezidentiAltay Həsənovla gənclər və idman naziriFərid Qayıbovda olub. Onlar tribunada bu idman növünün yaxın gələcəkdə daha inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Fərid Qayıbov eyni zamanda Avropa Gimnastikasının prezidentidir, yurd dışında olimpiya idman növlərində yüksək vəzifə tutan ilk və yeganə azərbaycanlıdır.


