İdman

Döyüşçümüz beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb

Döyüşçümüz beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb

Azərbaycan idmançısı Akif Quluzadə “ONE Championship”in aylıq döyüş seriyası olan "ONE Fight Night" turnirində rinqə çıxıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, o, bu gecə flayveyt (uçan çəki) kateqoriyasında ABŞ idmançısı Şon Klimakoya qalib gəlib.

Bununla da 19 yaşlı döyüşçümüz "ONE Fight Night”da 4-cü qələbəsini qazanıb və peşəkar rekordunu 19-2-yə çatdırıb.

D
demokrat.az