"Qalatasaray"ın ulduz futbolçusu Yunus Akgünə İngiltərə Premyer Liqasından iki təklif var.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Aston Villa" və "Nyukasl" türk futbolçunu istəyir.
"Inside Football"da yer alan xəbərə görə, hər iki ingilis komandası onun müqaviləsindəki 11 milyon avroluq sərbəst qalma bəndini ödəməyə hazırdır.
Almironun komandadan getməsi ilə sağ cinahda çətinlik çəkən "Nyukasl"ın bu səbəbdən Yunusu transfer etmək istədiyi, "Aston Villa"nın isə hücum xəttini gücləndirmək üçün 24 yaşlı adına müraciət etdiyi vurğulanıb.
Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Eyüpspor" matçından sonra Yunusla yeni müqavilə ilə bağlı razılığa gəldiklərini, lakin hələ imza atılmadığını bildirib. Bu mövsüm bütün yarışlarda 40 rəsmi matçda iştirak edən Akgün 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Jalə Demokrat.az


