İdman

Premyer Liqa: XXXII turun sonuncu oyununda "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək

Premyer Liqa: XXXII turun sonuncu oyununda Neftçi Sumqayıtla üz-üzə gələcək

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, sonuncu matçda "Neftçi" klubu "Sumqayıt"ın qonağı olacaq.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bakı klubu 35 xalla yeddinci, "gənclik şəhəri"nin təmsilçisi isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

28 aprel

Saat 20:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.

NE
Nihadə Eyyubova