Dünya Özəl

"Bu ciddi problemə görə ABŞ ilə rəqabət çox çətindir" — RƏY

Bu ciddi problemə görə ABŞ ilə rəqabət çox çətindir — RƏY

ABŞ Maliyyə naziri Skott Bessent Çin ilə davam edən ticarət müharibəsinin artıq ölkə üçün dözülməz bir yükə çevrildiyini bildirib. Nazir ABŞ iqtisadiyyatının bu qədər ağır gömrük tariflərini daşıya bilməyəcəyini qeyd edərək, ticarət müharibəsinin uzunmüddətli davamının mümkün olmadığını etiraf edib.

Siyasi şərhçi Əziz Əlibəyli bu barədə Demokrat.az-a açıqlama verib.

O bildirib ki, ABŞ bu məsələdə ciddi problemlə qarşılaşıb:

“İki güc mərkəzi arasında rəqabət elə bir vəziyyətə gəlib çıxıb ki, ABŞ öz resurslarını mübarizə üçün sərf edə bilməyəcək. Bu da onunla bağlıdır ki, bu resurslar istehsal və idxala dayanır. Ona görə ticarət müharibəsi aparan tərəflər arasında mütləq şəkildə daxili istehsalın gücü götürülməlidir. Bunu biz Çində görmürük. Bu ciddi problemə görə, ABŞ ilə rəqabət çox çətindir”.

Leyla Turan Demokat.az

NE
Nihadə Eyyubova