Dünya Özəl

KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib

KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb.

Demokrat.az xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

O bildirib ki, Ermənistan geri çəkilməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırıb.

Yanvarın 15-də respublikanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova