İdman

Azərbaycan Kubokunda bu gün finalçılar BƏLLİ OLACAQ

Azərbaycan Kubokunda bu gün finalçılar BƏLLİ OLACAQ

Futbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

Demokrat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-da start götürəcək. İlk matçda Naxçıvan təmsilçisi qalib gəlib - 1:0.

Digər görüşdə isə "Neftçi" "Sabah"ın qonağı olacaq. Bu oyun saat 20:00-da başlayacaq. "Ağ-qaralar" daha əvvəl evdə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

NE
Nihadə Eyyubova