İdman

Qurban Qurbanov “Neftçi”yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib

Qurban Qurbanov “Neftçi”yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXI turunda "Neftçi"yə böyük hesabla qalib gəldikləri oyunu şərh edib.

"Report"xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra mətbuat konfransında qələbəyə görə sevincli olduqlarını söyləyib.

"Bugünkü oyunda tribunalarda çoxsaylı azarkeşlərin olması çox xoşuma gəldi. Üstəlik, bu, futbolçulara da xüsusi motivasiya verdi. Bəlkə dəazarkeş sayı az olsaydı, belə bir maraqlı matça şahidlik edə bilməyəcəkdik. Qarşılaşmadan razı qaldım. Sona qədər mübarizə apardıq və dinamikanı qoruyubsaxlamağı bacardıq. Rəqib baş məşqçi Samir Abasova uğurlar arzulayıram. Hazırda istədiyi futbolu göstərə bilmələri asan iş deyil. Baş məşqçi olaraq onu anlayıram", - Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, XXXI turun görüşündə "Qarabağ" doğma meydanda "Neftçi"yə 3:0 hesabı iləqalib gəlib.

NE
Nihadə Eyyubova