Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.
Oxu.Azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40, pen) və Nəriman Axundzadə (41) fərqləniblər.
Cari mövsümün bitməsinə 6 tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.


