Sosial

Şad XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək

Şad XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək

Sosial Xidmətlər Agentliyi tərəfindən Ağstafa rayonunda şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni mənzillər alınacaq.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu məqsədlə agentlik tərəfindən 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tender elan olunub.

Tenderin ümumi dəyəri 844 min 470 manat təşkil edir.

Layihənin məqsədi həssas sosial qruplardan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Mənzillərin alınması üçün nəzərdə tutulan yaşayış sahələri aidiyyəti standartlara uyğun olmalıdır.

NE
Nihadə Eyyubova