İdman

“Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı

“Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

Əvvəlcə “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Digər oyunda isə iki paytaxt təmsilçisi – “Neftçi” ilə “Zirə” üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Səbail” “Qarabağ”a (1:4), “Sumqayıt” “Şamaxı”ya (1:2) uduzub. “Turan Tovuz” isə “Sabah”dan güclü olub – 2:1.

Azərbaycan Premyer Liqası 30-cu tur 13 aprel

“Kəpəz” – “Araz-Naxçıvan” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev. Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Zirə” Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov. “Neftçi Arena”, 19:15.

D
demokrat.az