Xədicə İsmayıl Müsavat Partiyasının rəhbərliyini İSTEFAYA ÇAĞIRDI

HADİSƏ 17 noy 2019, 11:16

Son günlər baş verən mühacir qalmaqalına görə Müsavat Partiyasının rəhbərliyi istefaya çağırılıb.


Demokrat.az-ın xəbərinə görə, jurnalist Xədicə İsmayıl partiya rəhbərliyini istefaya çağırıb.
 

"Müsavat" rəhbərliyinə istefa verməsi barədə müraciətindən sonra Xədicə İsmayıl hücuma məruz qalıb. Onu sosial şəbəkələrdə təhqir etməyə başlayıblar.

 

Image result for xədicə ismayıl Arif Hacılı
 

Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, “böhtan və şantaj” səbəbindən istefaya getməyəcək.


Qeyd edək ki, noyabrın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsənin, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəylinin, Müsavat AKM-in üzvü Abdin Cavadovun, Müsavat Partiyasının üzvü Elşən Abdullayevin də olduğu iddia edilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top