Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... — FOTOLAR/VİDEO

HADİSƏ 02 iyul 2025, 15:49

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş. Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib. 

İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan xanım onu tərk edib.

Qazinin Könüllə “ASAN xidmət” mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Bir çox sosial şəbəkə izləyicisi Könülün yeni qurduğu ailədə problemlərin olduğunu, onun zorakılıqla üzləşdiyini iddia ediblər.

Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq öldüyü bildirilib. Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.

 

 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top