Azərbaycan Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərib

HADİSƏ 02 iyul 2025, 11:45
Azərbaycan Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərib.

Demokrat.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:

“Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiya tərəfindən xahiş etmişik”

N.Əzizov Azərbaycanın Rusiya tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacağına ümid etdiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top