İdman

Azərbaycan-Macarıstan oyunu bu stadionda KEÇİRİLƏCƏK

Azərbaycan-Macarıstan oyunu bu stadionda KEÇİRİLƏCƏK

Azərbaycan millisi iyunda Latviya və Macarıstan yığmaları ilə yoldaşlıq görüşü keçirəcək.

Demokrat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunların məkanı artıq məlumdur.

Qitə futbol qurumu iyunun 7-də Latviya ilə səfər matçının paytaxt Riqada baş tutacağını qeyd edib.

Oyunun “Skonto” stadionunda təşkili nəzərdə tutulur. Fernandu Santuşun yetirmələri bundan 3 gün sonra doğma arenada Macarıstanı qəbul edəcək. Həmin oyunun isə Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirilməsi qərara alınıb. Oyunların başlama saatı isə hələ açıqlanmayıb.

NE
Nihadə Eyyubova