“Sabah”ın futbolçusu Coy-Lens Mikels ötən gün “Neftçi” ilə matçda yaşananqalmaqallı epizoddandanışıb.
Almaniyalı hücumçu“Qafqazinfo”ya açıqlamasında matça əlavə olunmuş dəqiqələrdə ona qarşı edilən kobudluq zamanı rəqib qapısına təyin edilməyən penalti epizoduna münasibət bildirib:
“Mən topu ötürdükdən sonra rəqib futbolçu açıq-aşkar mənə qarşı kobu oynadı. Həmin anda hakimin harada dayandığını bilmirəm, amma nə üçün VAR-a çağırılmadığını da başa düşmürə. Nə üçün VAR mövcuddur? Monitorun qarşısında oturub epizodu geriyə ötürərək 11 metrlik cərimə zərbəsini təyin etmək o qədər çətindir? Bunun adı biabırçılıqdır. Mənə maraqlıdır ki, hansı bəhanələr deyəcəklər”.
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Sabah” matçı qonaqlarınb 2:1 hesablı qələbəsi ilə başa çatıb.


