İdman

“Qarabağ” “Turan Tovuz”a qarşı

“Qarabağ” “Turan Tovuz”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü dövrəyə start veriləcək.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonrakı ilk turun matçları üç günü əhatə edəcək.

İlk oyun günündə bir görüş nəzərdə tutulub. 28-ci tura Tovuzda “Turan Tovuz” lider “Qarabağ” arasındakı oyunla start veriləcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

Bu turun “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Sabah” görüşləri sabah, “Kəpəz” – “Səbail” və “Zirə” – “Şamaxı” oyunları isə bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

28-ci tur

28 mart

“Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.

Tovuz şəhər stadionu, 19:30.

NE
Nihadə Eyyubova