İdman

"Yatın, sonra da qələbə gözləyin" — Mourinyo "Fənərbağça" azarkeşlərindən gileyləndi

Yatın, sonra da qələbə gözləyin — Mourinyo Fənərbağça azarkeşlərindən gileyləndi

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Reyncers"ə 1:3 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo azarkeşləri tənqid edib.

Demokrat.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun sonrası mətbuat konfransı zamanı azarkeşlər haqqında sərt açıqlama verib.

"Azarkeşlərimiz də komanda kimi idi, yaxşı performans göstərə bilmədilər. Azarkeşlər sakit qaldığı zaman futbolçular da oynamaq istəmirlər. Siz yatın, sonra da qələbə gözləyin".

Qeyd edək ki, cavab görüşü Şotlandiyada mart ayının 14-də keçiriləcək.

NE
Nihadə Eyyubova