İdman

“Səbail” “Şamaxı”ya, “Sumqayıt” “Qarabağ”a qarşı

“Səbail” “Şamaxı”ya, “Sumqayıt” “Qarabağ”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Demokrat.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Öncə “Səbail” evdə “Şamaxı” ilə qarşılaşacaq. Daha sonra “Sumqayıt” lider “Qarabağ”ı qəbul edəcək.

“Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Kəpəz” – “Neftçi” matçı isə martın 5-də baş tutacaq.

Azərbaycan Premyer Liqası 25-ci tur 3 mart

“Səbail” – “Şamaxı” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov. “ASCO Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ” Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

NE
Nihadə Eyyubova