İdman Özəl

Futbolda yeni qayda tətbiq olunacaq

Futbolda yeni qayda tətbiq olunacaq

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) “səkkiz saniyə qaydası”nı tətbiq etməklə oyun qaydalarını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə IFAB-ın rəsmi saytıməlumat yayıb.

Qeyd olunur ki, əgər qapıçı topu əlində səkkiz saniyədən çox saxlayırsa, rəqibin künc zərbəsi vurmaq hüququ var. Bildirilir ki, bu qaydanın sınaqları öz effektivliyini göstərib və 2025/2026 mövsümündən qüvvəyə minəcək. Hakimdən həmçinin səkkiz saniyədən beş saniyə ərzində vizual hesablama aparması tələb olunacaq.

Daha əvvəl ispaniyalı futbolçu Jerar Pike 0:0 hesablı heç-heçə oynayan komandaların xallarının silinməsinə çağırıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova