İdman

Azərbaycan çempionatının oyunu qara görə TƏXİRƏ SALINDI

Azərbaycan çempionatının oyunu qara görə TƏXİRƏ SALINDI

Azərbaycan I Liqasının XVI turunda bu gün keçirilməsi nəzərdə tutulan "Mingəçevir" - "Difai" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Demokrat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14:00-a planlaşdırılmışdı.

Matçın yeni vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında "Baku Sportinq"lə "Cəbrayıl" üz-üzə gələcək.

NE
Nihadə Eyyubova