Bakıda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar bir neçə oyun təxirə salınıb.
Demokrat.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
PFL-in əvəlcədən fevralın 24 və 25-də təyin etdiyi oyunların siyahısı:
24 fevral (bazar ertəsi)
“Göygöl” – “Saatlı-Araz” Göygöl OİK stadionu, 14:00
“Hypers Guba” – “Şəmkir” Quba OİK stadionu, 14:00
“Sheki City” – “Lerik” Şəki şəhər stadionu, 14:00
25 fevral (çərşənbə axşamı)
“Şəfa” – “Dinamo” “ASK Arena”, 14:00
“Şahdağ Qusar” – “Kür-Araz” Şamaxı OİK stadionu, 14:00
“Ağdaş” – “Şimal” Ağdaş şəhər stadionu, 14:00
“Qusar” – “Füzuli” “Kapital Bank Arena” (ehtiyat meydança), 15:00


