İdman

Millimizin Monteneqro ilə oyunu iki saat GEC BAŞLAYACAQ

Millimizin Monteneqro ilə oyunu iki saat GEC BAŞLAYACAQ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Monteneqro ilə oyununun nəzərdə tutulduğundan iki saat gec başlaması planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Millətlər Liqası çərçivəsində millimizin Monteneqro yığması ilə "Liv Bona Dea Arena"da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir. Bununla bağlı yekun qərarı matçın hakimləri verəcək.

Qeyd edək ki, Azərbaycan - Monteneqro görüşü saat 15:00-da start götürməli idi.

NE
Nihadə Eyyubova