Bu gün Misli Premyer Liqasının XXIV turunun açılış matçı olan"Neftçi" - "Sumqayıt" oyunuqar səbəbindən təxirə salına bilər.
Bu barədəOxu.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat katibiSənan Abdullayevbildirib.
"Səhər saatlarından hər şey diqqət mərkəzindədir. İlk olaraq "Neftçi Arena"ya əlbəttə diqqət ayırmışıq. Stadionun saat 14:00-dək hazır vəziyyətə gətirilməsinə çalışılacaq. Plana uyğun hərəkət edirik", - deyə S.Abdullayev qeyd edib.
Qeyd edək ki, qarşılaşma təxirə salınmayacağı təqdirdə saat 19:00-da start götürəcək.


