İdman

"Neftçi" bu gün "Qarabağ"la üz-üzə gələcək

Neftçi bu gün Qarabağla üz-üzə gələcək

Misli Premyer Liqasının XXIII turunda bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

Demokrat.az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürəcək.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası III dövrə, XXIII tur

16 fevral

16:00. "Turan Tovuz" - "Araz-Naxçıvan" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov. VAR: Rauf Cabarov. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Seymur Səlimli. Tovuz şəhər stadionu

19:00. "Neftçi" - "Qarabağ" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev. VAR: Nicat İsmayıllı. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. "Neftçi Arena"

Qeyd edək ki, ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

D
demokrat.az