"Etiraf edə bilərəm ki, sevgim günü-gündən artır. Deyirlər ki, sevginin ömrü 3 il olur. Amma mən razı deyiləm. İllər keçdikdcə insan doğmalaşır, daha çox sevirsən. O sənin yarın olur. İçimdə olan sevgi hissini bütün qadınlara arzu edirəm".
Axşam.az xəbər verir ki, bu barədə müğənni Günay İbrahimli "Gün ortası" verilişində danışıb. O, sevgilisindən danışarkən kövrəlib:
"Hədiyyə və jestlər boş şeydir. Sənin yanında qeydinə qalan, arxanda kölgə kimi dayanan bəy olmalıdır. Bunu hər kəsə arzu edirəm. Çox şükür sevilirəm vəsevirəm.Allah bizi heç zaman ayırmasın. Sevgim günü-gündən artır və ölənə qədər sevəcəyəm. Şəxsi həyatım barədəefirdə danışmağı sevmirəm, hər şeyi efirdə danışmaq olmaz. İnsanın özəli olmalıdır".


