Dünya Özəl

Əlcəzair Rusiyadan Su-57E qırıcıları alıb

Əlcəzair Rusiyadan Su-57E qırıcıları alıb

ƏlcəzairRusiyadan beşinci nəsil Su-57E qırıcıları aldığını təsdiqləyib.

Demokrat.azxəbər verir ki, bu barədə Şimali Afrika ölkəsinin dövlət televiziyası məlumat yayıb. Bir neçə ərəbdilli resurs, o cümlədənDefence Arabicportalı bu məlumatı təsdiqləyib. Qeyd olunur ki, Əlcəzair hərbi pilotları hazırda qırıcı təyyarələri idarə etmək üçün təlim kursları keçir.

Su-57E-lərin Əlcəzairə ilk tədarüklərinin 2025-ci ilə planlaşdırıldığı bildirilir. Alınan qırıcıların sayı hələlik məlum deyil.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova