İdman

“Zirə”də iki yeni müqavilə

“Zirə”də iki yeni müqavilə

“Zirə” iki futbolçusu ilə müqavilə müddətini artırıb.

Demokrat.az xəbər verir ki, “qartallar” Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilin yayına qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

İssa Cibrilla 2022-ci, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.

NE
Nihadə Eyyubova