"Neftçi" və "Qarabağ" Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Demokrat.azxəbər verir ki, paytaxt təmsilçisi XX turda "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, Naxçıvan klubu 39 xalla ikinci pillədə qərarlaşıb.
Tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Görüş saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi 50 xalla liderdir. Qonaqlar 32 xalla 4-cü sıradadır.
Misli Premyer Liqası IlI dövrə, XX tur 26 yanvar
16:00. “Araz-Naxçıvan” – “Neftçi” Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov. VAR: İnqilab Məmmədov. AVAR: Namik Hüseynov. Hakim-inspektor: İmanxan Sultani. "Liv Bona Dea Arena"
18:30. “Qarabağ” – “Turan Tovuz” Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov. VAR: Əliyar Ağayev. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Ceyhun Haşımov. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb. (Report)


