İdman

Həmyerlimiz Rusiyada yenidən federasiya prezidenti SEÇİLDİ

Həmyerlimiz Rusiyada yenidən federasiya prezidenti SEÇİLDİ

İkiqat olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə yenidən dörd illik müddətə seçilib.

Həmyerlimiz 2021-ci ildən bu quruma rəhbərlik edir.

Məmmədov həmçinin 2012-ci ildən Rusiya qılıncoynatma yığmasının baş məşqçisidir. Onun rəhbərliyi altında komanda Rio-2016 (4 qızıl daxil olmaqla 7 medal) və Tokio-2020-də (8 medal, 3 qızıl) qılıncoynatmada ümumi hesabda olimpiadanın qalibi olub. (Bizim.Media)

NE
Nihadə Eyyubova