Rusiya Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) yenilənmiş əmsallar cədvəlində 30-cu yeri tutub. Bu, indiyə qədərki ən pis göstəricidir.
Demokrat.az xəbər verir ki, bu barədəqurumun rəsmi saytındaməlumat verilib.
Rusiya Premyer Liqası klublarının Avropa yarışlarına qaytarılması halında, Rusiya çempionuCəbəllütariq,MaltavəAndorrakomandaları ilə birlikdə Çempionlar Liqasının təsnifat mərhələsinin birinci mərhələsindən başlayacaq.
İkinci və dördüncü yerləri tutan komandalar Avropa Liqası və Konfrans Liqasına təsnifat mərhələsinin ilk mərhələsindən başlayacaq.
2022-ci ilin yazındaBeynəlxalq Futbol Federasiyası(FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə əsasən,Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının fəaliyyətini dayandırmaq qərarına gəlmişdi.
Əfsanə Kamal Demokrat.az


