Türkiyənin “Beşiktaş” klubu Ole Qunnar Sulşerlə baş məşqçi postu üçün 1,5 illik müqavilə imzalayıb.
Demokrat.azxəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, müqaviləni 1 il də uzatmaq mümkün olacaq. Sulşer bu müddət ərzində 3 milyon avro qazanacaq.
Qeyd edək ki, bundan əvvəl 51 yaşlı mütəxəssis “Mançester Yunayted”in baş məşqçisi olub. Lakin 2021-ci ilin noyabrında o, komanda ilə yollarını ayırıb. Əvvəllər Sulşer “Molde” və “Kardiff Siti” komandalarına da rəhbərlik edib.


