Dünya Özəl

Rusiya klubu irqçiliyə görə cərimələnib

Rusiya klubu irqçiliyə görə cərimələnib

Rusiyanın "Sibiryak" azarkeşləri Nandoya qarşı irqçiliyinə görə cərimələnib.

Rusiya Futbol İttifaqı “Sibiryak” mini-futbol klubunuazarkeşlərin braziliyalı hücumçusu Nikel Nandoya qarşı irqçi şüarlar səsləndirdiyinə görə 500 min rubl məbləğində cərimələyib.

Demokrat.az xəbər verir ki, bu barədə RFU-nun saytında məlumat verilib.

Cəriməyə əlavə olaraq, Sibiryak bir matçı tamaşaçısız keçirməklə cəzalandırılıb. Daha iki matç isə dayandırılıb.

Hadisəyanvarın 9-da Rusiya çempionatının 14-cü turunun səfər matçı zamanıbaş verib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova