Dünya Özəl

Avropa yeni pandemiyaya hazırlaşır?

Avropa yeni pandemiyaya hazırlaşır?

Hazırda Avropada metapnevmovirusun yayılması səbəbindən baş verə biləcək yeni pandemiyaya hazırlığa ehtiyac yoxdur.

Demokrat.az xəbər verir ki, bunu Avropa Komissiyasının(AK)nümayəndəsi Eva Qrntsirova deyib.

O bildirib ki, Çindəkivəziyyətdən xəbərdardırlar bu yaxın həftələrdə məsələ səhiyyə komitəsində də müzakirə ediləcək.

Avropa İttifaqındaaşkarlanmış metapnevmovirus hadisələri ilə bağlı məlumatlar açıqlanmayıb.

Qeyd edək ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni bir epidemiya, metapnevmovirus aşkarlanıb. Xəstəlik yüngül keçsə də, immuniteti zəifləmiş xəstələrdə pnevmoniyaya çevrilərək ölümlə nəticələnə bilir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova