İdman

Gürcüstan millisinin hücumçusu Bundesliqa klubunda — RƏSMİ

Gürcüstan millisinin hücumçusu Bundesliqa klubunda — RƏSMİ

Gürcüstan millisinin futbolçusu Budu Zivzivadze Almaniya Bundesliqasında çıxış edəcək.

Demokrat.az xəbər verir ki, 30 yaşlı hücumçu "Haydenhaym"a transfer olunub.

Məlumatı klubun mətbuat xidməti yayıb. Zivzivadzenin 4 illik müqaviləyə imza atdığı bildirilib.

Sözügedən futbolçu son iki mövsümü Almaniyada "Karlsrue"nin formasını geyinib. Bu müddət ərzində forvard 61 matçda 21 qol vurub.

NE
Nihadə Eyyubova