İdman

Neymar indi də qarın ağrılarına görə məşqi buraxdı

Neymar indi də qarın ağrılarına görə məşqi buraxdı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar səhhətində yaranan problemlərə görə, məşqi buraxıb.

Demokrat.azxəbər verir ki, bu barədə klub “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Məlumata görə, Neymar qarın nahiyəsindəki ağrılara görə, məşqi buraxıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” klubuna keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bu mövsüm o, iki matçda iştirak edib və effektli olmayıb.

Hazırda 32 yaşlı hücumçunun transfer dəyəri 16 milyon avro qiymətləndirilir. (yeniavaz.com)

NE
Nihadə Eyyubova