Bu ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan iqtisadiyyatına356,3milyonABŞ dolları birbaşa investisiya yatırıb.
Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə5,2dəfə çoxdur.
Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı7,9%olub.
9 ay ərzində Azərbaycan isə BƏƏ iqtisadiyyatına437,2milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən5,4 dəfəçoxdur.
Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı31,2%təşkil edib.


