İdman

“Liverpul” rəqibini darmadağın etdi

“Liverpul” rəqibini darmadağın etdi

İngiltərə Premyer Liqasının 19-cu turunda “Vest Hem” “Liverpul”u qəbul edib.

Demokrat.az xəbər verir ki, oyun “London Stedium”da baş tutub.

Qarşılaşma “Liverpul”un böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.

Oyunda qolları Luis Dias, Kodi Qakpo , Məhəmməd Salah, Trent Aleksander-Arnold, Dioqu Jota (84) vurub.

Qeyd edək ki, bu qələbə ilə xallarını 45-ə çatdıran Arne Slotun komandası turnir cədvəlində liderliyini möhkəmləndirib. “Vest Hem” isə 23 xalla 13-cüdür.

D
demokrat.az