İdman

"Fənərbağça" yeddi futbolçusunun "qələmini qırıb"

Fənərbağça yeddi futbolçusunun qələmini qırıb

Türkiyənin "Fənərbağça" komandası yeddi futbolçusu ilə yollarını ayıracaq.

Demokrat.azOxu.Az-a istinadən xəbər verir ki, İstanbul klubu qış transfer dövründə Sərdar Aziz, Samet Akaydın, Levent Mercan, Cengiz Ündər, Bartuğ Elmaz, Burak Kapacak və Allan Sen-Maksimen ilə vidalaşacaq. Əvəzində komanda 4 yeni oyunçunu heyətinə cəlb edəcək.

"Fənərbağça" daha əvvəl İrfan Can Kahveci ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.

NE
Nihadə Eyyubova