Dünya

Pezeşkian dövlətimizin başçısına başsağlığı verdi

Pezeşkian dövlətimizin başçısına başsağlığı verdi

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

“Mərhəmətli və rəhmli Allahın adı ilə!

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi.

Zati-alinizə və əziz Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, yaralılara şəfa arzu edirəm”.

NE
Nihadə Eyyubova