Finlandiya bir həftə ərzində 280 min insanı səfərbər edə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandr Stubb danışıb.
"Finlandiya son vaxtlar müdafiə sahəsinə investisiyaları artırmağa başlayıb. 2022-ci ildən bəri Helsinkinin xərcləri ÜDM-in 0,9%-i qədər artıb", - deyə Prezident bildirib.
Stubb qeyd edib ki, Finlandiya Silahlı Qüvvələri bir həftə ərzində səfərbər oluna və “dişinə" qədər silahlana bilər.
Əfsanə Kamal Demokrat.az


