Siyasət

Kənan Seyidov əsri yarıladı... — FOTOLAR (VİDEO)

Kənan Seyidov əsri yarıladı... — FOTOLAR (VİDEO)

Əlahiddə Ümumqoşun Ordu komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayorKənan Seyidovun 50 yaşı tamam olur.

Demokrat.az“Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kənan Seyidov 1974-cü ilin bu günü İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

General Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2003-cü ildə Ümummili Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, Prezident İlham Əliyevin sərəncamları ilə isə “Vətən uğrunda” və “İgidliyəgörə” medalları ilə təltif olunub.

Kənan Seyidov əsri yarıladı... — FOTOLAR (VİDEO)

O, Birinci Qarabağ, 2016-cı ilin Aprel döyüşlərində və Vətən Müharibəsində xüsusilə fərqlənib. Şuşa şəhərinin azad olunmasında iştirak edən qoşunlara rəhbərlik edib.

Vətən müharibəsi zamanıXüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi kimi Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı xüsusi peşəkarlıq, mətinlik və şücaət nümayiş etdirdiyi üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə general-mayor ali hərbi rütbəsinə və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

2022-ci ilin avqust ayında Laçın şəhərinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə məruzəni də Prezident İlham Əliyevə general-mayorK.Seyidovedib.

Kənan Seyidov əsri yarıladı... — FOTOLAR (VİDEO)

Kənan Seyidov əsri yarıladı... — FOTOLAR (VİDEO)

NE
Nihadə Eyyubova