Dünya

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

OCCRP haqqında birinci yazımızda təşkilatın sponsorları haqda məlumat vermişik. Bu yazıda isə OCCRP-nin Qərbin bir çox rəsmi dövlət qurumlarından maliyyələşmə sxeminə baxacağıq.

ABŞ-nin Vergi xidməti OCCRP-nin digər qanadı olan “Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi”ni (GIJN) də “501(c)(3) maddəsi” ilə gəlir vergisindən azad edib.

Təqdim olunan bu sənəd ABŞ VX-nin saytından götürülüb. Təşkilatın 2015‒2018-ci illər üzrə vergi bəyannaməsində 7-ci xananın () işarələndiyini görürük. Həmin xanada isə “dövlət idarələrindən/dövlət təşkilatları tərəfindən maliyyələşdirilir" yazılıb.

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

Bu isə OCCRP-nin təmsil etdiyi "Jurnalistikanın İnkişafı Şəbəkəsi"nin (The Journalism Development Network, JDN) 2022-ci il üçün təqim etdiyi vergi bəyannaməsinin surətidir.

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

Mütəxəssislər hesablayıblar ki, 2011‒2017-ci illər ərzində “əsl müstəqil və azad araşdırmaçı-jurnalistlər” sponsorlardan 10 milyon 812 min dollar maliyyə əldə ediblər. Bu vəsaitin tən yarısı 5 milyon 238 min dolları ABŞ Federal Hökuməti və ya Dövlət Departamentindən gəlib. Unikal “müstəqil və azad fəaliyyət” göstəricisidir!

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

”USAID”-nin sponsorluq etdiyi layihələrin sayı-hesabı yoxdur.

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

Dövlət Departamentinin bu təşkilata 6 ildə ayırdığı vəsaitə diqqət edək:

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
Aşağıdakı cədvəllərdə yalnız dövlət büdcəsindən ayrılan maliyyə və qrantlar əksini tapıb.

2011-ci il üzrə 2, 376, 639 dollar

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
2014-cü ildə 2 milyon 581 min 865 dollar
OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
2017-ci ildə isə 2 milyon 961 min 408 dollar vəsait ayrılıb.

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
2016-cı ildə “müstəqil araşdırmaçılar” “korrupsiyaya qarşı mübarizə” adı altında ABŞ Hökumətindən (U.S. Government) 1 mln. 695 min dollar qrant alıblar. Mənbə: OCCRP-in 2016-cı il üçün hesabatı, səh. 48

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

Ümumi götürsək, JDN təşkilatını ABŞ-nin əksər dövlət qurumlarının maliyyələşdirdiyi təkzibolunmaz faktdır. istinad

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

JDN-in ABŞ dövlət qurumları tərəfindən maliyyələşməsi hətta təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda əks olunub. 2016-cı ildə təşkilatda keçirilən audit yoxlaması üzrə hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar, həmin qrant və mükafatlar qeyd edilir. (Audit report financial and federal award compliance examinatıon for the year ended. December 31, 2016 )

JDN-in dövlət büdcəsindən maliyyələşməsini təsdiqləyən daha bir fakt.

Əldə edilən audit yoxlama hesabatlarından birində ''The Journalism Development Network'' təşkilatına ciddi irad tutulmasına rast gəlirik. Onların külli miqdarda pulu əvvəlcədən almalarına baxmayaraq, vəsaiti lazım olan vaxtda xərcləyə bilməmələri tənqid olunur. Məhz audit hesabatında Direktorlar Şurasına ABŞ maliyyəsinə münasibətdə bu ''acgözlüyün'' yaxşı hal olmadığı nöqsan tutulmuş, maliyyəyə ''daha insaflı və diqqətli olmaq'' tövsiyə edilmişdir. (We recommend that management of JDN be more mindful). Ümumilikdə isə audit hesabatında ABŞ büdcəsindən külli miqdarda pul alınması, vəsaitin vəd etdiyi vaxtda xərclənməməsi, maliyyə şəffaflığına riayət edilmədiyi və şübhəli xərclərə yol verildiyi haqda qeydlər var.

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
2015-2016-cı illərdə ayrılan dövlət büdcəsindən ayrılan 6 milyon ABŞ dollarına yaxın maliyyənin hesabatı təəssüf ki, hazırda səhifədə görünmür, bəlli olmayan səbəblərdən silinib. Link

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

ABŞ Dövlət Departamentinin digər dövlətlərdə fəaliyyət göstərən “müstəqil araşdırmaçılara” külli miqdarda vəsait ayırdığı haqda məlumatlar açıq mənbələrdə kifayət qədər çoxdur. Maraqlısı budur ki, bu vəsaitlərin ayrılması açıq-aşkar edilir, bununla da beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilmir. . Misal üçün, 2012-ci ildə Dövlət Departamenti OCCRP-yə 141,179 dollar qrant ayırması haqda məlumat yayılıb. Skrindən də görünür ki, “əlaqələndiriclər” bölməsində “N/A”, yəni “göstərilmir” yazılıb. Maraqlıdır ki, bu pullar “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin adı birə-bir kopyalanmış federal dövlət proqramına ayrılıb. (Mənbə: OCCRP-nin 2012-ci il hesabatı, səh. 62)

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

Anonimlik və gizlilik “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” kimi "açıq, şəffaf, müstəqil" təşkilatların maliyyələşdirilməsinin az qala vizit kartına çevrilib. Digərlərindən açıqlıq, şəffaflıq, məmurlardan gəlirlər haqda bəyannamə tələb edən “korrupsiyaya qarşı mübarizlər” özləri maliyyə hesabatlarında açıqlıq və şəffaflığın təmin olunmasına məhəl qoymurlar. Təqdim olunan bu skrin 2020-ci ildə aşkar olunub. Həmin vaxt OCCRP-nin 2018 və 2019-cu illər üzrə hesabatları saytlarında yerləşdirilməmişdir.

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
Bu isə yaxın günlərdə bizim aşkar etdiyimiz faktlardır. Misal üçün, bu skrin, OCRRP-nin saytından götürülüb.
OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR
Göründüyü kimi, 2018-dən 2022-ci ilə qədər illər üzrə hesabatların “pdf” formatında verilib. Oxuculardan sayta daxil olub bu hesabatlardan hansısa birini endirməyi izafi vaxt itkisi baxımından məsləhət görmürük. Çünki görüntü olaraq mövcud olsa da, reallıqda bu sənədlər əlçatan deyil.
OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

OCCRP-nin maliyyə sənədləri necə “müstəqil” olduğunu sübut edir — FOTOLAR

Bir faktı da qeyd edək ki, OCCRP-nin korrupsiya arşdırmalarında onlara sponsorluq edən dövlətlərin (əlavə olaraq Argentina, Avstraliya, Norveç, İsveçrə) adlarına heç vaxt rast gələ bilmərik. Sifarişi verən bu dövlətlərdirsə, hansı müstəqil fəaliyyətdən, tərəfsiz, ədalətli hesabatdan söhbət gedə bilər?!

Donorları ABŞ Dövlət Departamenti, Fransa Avropa və Xarici Əlaqələr Nazirliyi, habelə İsveçrə, Böyük Britaniya, İsveç və Danimarkanın rəsmi dövlət strukturları olan bir təşkilatın özünə “müstəqil” adı verməsi riyakarlıqdan başqa bir şey deyil. (faktyoxla.az)

D
demokrat.az