İdman

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Zirə”yə qarşı

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Zirə”yə qarşı

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Demokrat.azxəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Əvvəlcə "Turan Tovuz" öz meydanında "Neftçi"ni qəbul edəcək.

Günün ikinci oyununda "Səbail" "Zirə"ni sınağa çəkəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

AzərbaycanPremyer Liqası

18-ci tur 21 dekabr

16:00. "Turan Tovuz" - "Neftçi"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

Tovuz şəhər stadionu

18:30. "Səbail" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

"ASCO Arena"

NE
Nihadə Eyyubova