İdman

Messinin transfer dəyəri AÇIQLANDI

Messinin transfer dəyəri AÇIQLANDI

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin transfer dəyəri açıqlanıb.

Demokrat.az xəbər verir ki, ulduz hücumçunun dəyəri 5 milyon azalıb. Onun transfer qiyməti 25 milyon avrodan 20 milyona düşüb.

Qeyd edək ki, məşhur futbolçu Kriştiano Ronaldonun da transfer qiyməti 3 milyon azalaraq 12 milyona düşüb.

NE
Nihadə Eyyubova