Dünya Özəl

Kadırov FSB rəhbəri ilə görüşüb

Kadırov FSB rəhbəri ilə görüşüb

Kadırov Bortnikovla Ukrayna Silahlı Qüvvələrinin respublikaya hücumunu müzakirə edib.

Demokrat.az xəbər verir ki, ÇeçenistanrəhbəriRamzanKadırovFSBdirektoru AleksandrBortnikovlagörüşüb. Bu barədəÇeçenistan liderininTelegram-kanalında məlumat verilib.

Görüşdə Çeçenistanın xüsusi əməliyyatda iştirakı, eləcə də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatının hücumundan sonra bölgədəki vəziyyəti müzakirə ediblər.

Kadırov qeyd edib ki, Bortnikov ümumiyyətlə respublikada təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

FSB rəhbəri Çeçenistan rəhbərinə çətin məsələlərin həllində bütün lazımi yardım və dəstəyi göstərəcəyini vəd edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova