İdman

AFFA bu oyuna hakim göndərməyi unutdu — Rəsmi açıqlama

AFFA bu oyuna hakim göndərməyi unutdu — Rəsmi açıqlama

AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyununa hakim göndərməyi unudub.

Demokrat.az xəbər verir ki, bu barədə “Qəbələ” akademiyasının keçmiş üzvü Namiq Hacızadə feysbuk hesabında paylaşım edib.

O bildirib ki, hər iki komanda meydançaya gəlsə də, hakim olmadığından qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, “Qəbələ” klubu bu matç üçün Bakıya gəlib, komanda saat 16:30-a qədər gözləsə də, matça referi təyin edilməyib.

***

AFFA-nın mətbuat xidməti saytımıza belə bir hadisənin baş verdiyini təsdiq edib: “Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.

NE
Nihadə Eyyubova